2 oktyabr 2015 00:00

Topaz Premyer Liqasında 7-ci tur həyəcanı

Bu həftə Topaz Premyer Liqasında 7-ci turun oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, milli komandaların qarşılaşmaları ilə əlaqədar yaranacaq fasilə öncəsi baş tutacaq tur 3 gün davam edəcək.

İlk oyun günündə bir görüş baş tutacaq. AZAL doğma meydanda "Rəvan"la münasibətlərinə aydınlıq gətirəcək. Paytaxt klubları indiyə qədər 12 dəfə üz-üzə gəliblər. Bu oyunların 4-də "təyyarəçilər", 5-də "aslanlar" qalib gəliblər. 3 qarşılaşmada isə heç-heçə qeydə alınıb. Top fərqində də "Rəvan"ın minimal üstünlüyü var - 17:16. Amma "sarı-qırmızılar" son 6 qarşılaşmada yalnız 1 qələbə qazanıb. 4 ildir evdə uduzmayan AZAL son 5 görüşdə xal qazanıb. Cari mövsümə çox pis başlayan, ilk xalını ötən tur "Sumqayıt"la qarşılaşmada qazanan Tərlan Əhmədovun komandası bu dəfə cari mövsümün ilk qələbəsini də rəsmiləşdirə bilər. Amma Emin Quliyevin çalışdırdığı "Rəvan" da hələ qələbə üzünə həsrətdir. Bu baxımdan turnir cədvəlinin son iki pilləsində qərarlaşmış komandaların dueli böyük maraqla gözlənilir.

İkinci oyun günündə də bir görüş keçiriləcək. Çempionatın debütantı “Zirə” “Neftçi”ni qəbul edəcək. Bu komandalar indiyədək qarşılaşmayıblar. Paytaxt təmsilçilərinin ilk dueli də az maraq doğurmur. Çünki Adil Şükürovun çalışdırdığı "Zirə" ilk mövsümündəcə çox iddialı təsir bağışlayır. Liderdən cəmi iki xal geri qalan zirəlilər qələbə qazanacağı halda nəinki əsas izləyicisi "Neftçi"ni altı xal qabaqlayacaq, həmçinin zirvəni ələ keçirəcək. Amma Samir Əliyevin komandası da səfərdən xal və xallarla qayıtmağa çalışacağından, çempionatın debütantı üçün heç də asan olmayacaq.

Qalan üç qarşılaşma son oyun günündə baş tutacaq. Öncə “Kəpəz” “Sumqayıt”la qarşılaşacaq. Bu klubların əvvəlki 8 oyununda "Sumqayıt"ın üstünlüyü var. Bu komanda gəncəlilərə 4 dəfə qalib gəlib. 2 oyunda "Kəpəz" qalib gəlibsə, qalan 2 görüşdə də heç-heçə qeydə alınıb. Top fərqi də sumqayıtlıların xeyrinədir - 11:8. “Kəpəz” indiyədək öz meydanında uduzmayıb. “Sumqayıt” son 5 qarşılaşmada yalnız 1 dəfə meydanı xalsız tərk edib. Amma bu dəfə Aqil Məmmədovun komandası üçün Gəncədən xalla qayıtmaq çox çətin olacaq. Məsələ burasındadır ki, Şahin Diniyevli "Kəpəz" həm güclü azarkeş dəstəyinə, həm də normal heyətə malikdir. Bu üzdən də gəncəlilərin doğma meydanda uğur qazanmaq şansları daha yüksək qiymətləndirilə bilər.

Turun mərkəzi oyununda liderlər qrupunda qərarlaşmış iki komanda qarşılaşacaq. Belə ki, lider və son çempion "Qarabağ" səfərdə əsas izləyicisi “İnter”in qonağı olacaq. Tərəflər arasındakı əvvəlki 43 oyundan 18-də ağdamlılar, 10-da isə bakılılar qalib gəliblər. Qalan 15 oyunda qalib müəyyənləşməyib. Top fərqi də Ağdam klubunun xeyrinədir - 47:28. Amma “Qarabağ” son 4 qarşılaşmada bu rəqibinə qalib gələ bilməyib. “İnter” isə öz meydanında keçirdiyi son 9 matçda yalnız 1 dəfə qələbə qazanıb. Zaur Svanadzenin komandası rəqibinin Avropa Liqasının qrup mərhələsi çərçivəsində Belçika "Anderlext"i ilə ağır oyundan çıxmasından, yorğunluğundan istifadə edib, uğur qazana bilər. Lakin Qurban Qurbanovun komandası da geniş heyətə malikdir və yəqin ki, zirvədəki mövqeyini əldən verməmək üçün əlindən gələni edəcək.

Nəhayət, turun qapanış matçında “Qəbələ” doğma meydanda “Xəzər Lənkəran”ı sınağa çəkəcək. Bu klubların indiyə qədər baş tutmuş 26 oyununda cənubluların böyük üstünlüyü diqqət çəkir. Belə ki, 13 dəfə "ağ-yaşıllar" 3 xala sevinibsə, qəbələlilər cəmi 7 dəfə qələbə qazanıblar. 6 qarşılaşmada isə qalibi müəyyənləşdirmək mümkün olmayıb. Top fərqi də cənub təmsilçisinin xeyrinədir - 36:24. “Xəzər Lənkəran” son iki qarşılaşmada xal qazanmayıb. “Qəbələ” isə son 5 ev oyununda meydanı qolsuz tərk etməyib. Roman Qriqorçukun komandası Rusiya "Krasnodar"ı ilə çətin Avroliqa matçından sonra yorğun olsa da, doğma meydan amilindən, azarkeş dəstəyindən yararlanaraq, zəif heyətə malik rəqibini məğlub edə bilər. Amma Yunis Hüseynovun komandası da Qəbələdən ən azı bir xalla qayıtmaq üçün sonadək mübarizə aparacaq.

Topaz Premyer Liqası
7-ci tur

2 oktyabr (cümə)

19:00. AZAL - “Rəvan”
Hakimlər: Rauf Cabbarov, Knyaz Əmiraslanov, İsgəndər Əliyev, Nail Nağıyev.
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor: Şahin Cəfərov.
Bakı. “AZAL Arena”.

3 oktyabr (şənbə)

19:00. “Zirə” - “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Ömər Paşayev.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Məlik Həsənov.
Zirə İdman Kompleksinin stadionu.

4 oktyabr (bazar)

16:00. “Kəpəz” - “Sumqayıt”
Hakimlər: Ramil Diniyev, Mehman Mahmudov, Vüqar Bayramov, Rəvan Həmzəzadə.
AFFA nümayəndəsi: Eldar Qasımov.
Hakim-inspektor: Xaqani Məmmədov.
Gəncə şəhər stadionu.

19:00. “İnter” - “Qarabağ”
Hakimlər: Elvin Əsgərov, Namiq Hüseynov, Munis Abdullayev, Xəlil Xəlilov.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Kərim Ağayev.
Bakı. “İnter Arena”.

21:00. “Qəbələ” - “Xəzər Lənkəran”
Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, Yaşar Abbasov, Ziya Nəsirov.
AFFA nümayəndəsi: Abbas Hüseynov.
Hakim-inspektor: Asim Xudiyev.
Qəbələ şəhər stadionu.

Bombardirlər:
3
- Rahid Əmirquliyev ("Xəzər Lənkəran"), Dieqo Martins ("İnter"), Aleksey Qay ("Qəbələ"), Riçard Almeyda ("Qarabağ").

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.