1 oktyabr 2015 22:00
Şəmkir 1, Şərurspor 6 qolla qalib gəldi
Futbol üzrə Azərbaycan 1-ci divizionunda 4-cü tura start verilib. Azerisport.az xəbər verir ki, reallaşan 4 oyunda aşağıdakı nəticələr qeydə alınıb:
1-ci divizion
4-cü tur
1 oktyabr
MOİK - “Mil-Muğan” - 1:1
Qollar: Sənan Bayramzadə, 40 - Bayram Əliyev, 11.
“Şəmkir” - “Ağsu” - 1:0
Qol: Sərxan Ağayev, 50.
“Turan Tovuz” - “Bakılı” - 1:1
Qollar: Vüsal Qarayev, 76 - Ülvi Quliyev, 21-pen.
“Şərurspor” - “Energetik” - 6:0
Qollar: Coşqun Süleymanov, 10. Rəhman Musayev, 23; 52-pen; 80. Amil Həsənov, 42. Samir Abdulov, 70.
