1 oktyabr 2015 19:00
Qarabağ üçün 12, Qəbələ üçün 17 min azarkeş
Bu gün Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində "Qarabağ" Bakıda Belçikanın "Anderlext", "Qəbələ" isə səfərdə Rusiyanın "Krasnodar" klubu ilə qarşılaşacaq. Azerisport.az xəbər verir ki, Ağdam klubunun oyununa bilet satışı çox zəifdir.
Belə ki, ilkin məlumatlara görə bu oyun üçün 12 mindən bir qədər artıq bilet satılıb. Oyun saatına qədər çox ciddi dəyişiklik olacağı gözlənilmir. Bu matç Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək və saat 22:00-da start götürəcək.
"Qəbələ"nin "Krasnodar"la görüşünü isə 17 min azarkeşin izləməsi gözlənlir. "Kuban" stadionunda baş tutacaq qarşılaşma gecə yarısı saat 00:05-də start götürəcək.
