Rasim Ramaldanov: XL Qəbələdən əliboş dönməməyə çalışacaq
"Xəzər Lənkəran"ın müdafiəçisi Rasim Ramaldanov Topaz Premyer Liqasının son turunda aldığı zədədən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Allaha şükürlər olsun ki, sağalıram. Müalicə kursu keçirəm. Yaxın günlərdə məşqlərə başlayacağıq".
Müdafiəçi "Zirə"yə qarşı keçirdikləri son oyundakı məğlubiyyəti də şərh edib: "Biz rəqibdən daha yaxşı oynadıq, daha çox qol vəziyyəti yaratdıq. Amma diqqətsizliyimzdən qol buraxdıq. Bu, futboldur, belə hallar olur".
Ramaldanov Premyer Liqanın 7-ci turunda qarşılaşacaqları "Qəbələ" ilə oyuna da toxunub: "Qəbələ səfərimiz çətin olacaq. Rəqibimiz Avropa Liqasının qrup mərhələsində çıxış edir. Yeri gəlmişkən, onlara Rusiya "Krasnodar"ı ilə səfər oyununda uğurlar arzulayıram. Biz isə oktyabrın 4-də keçirəcəyimiz oyunda bütün gücümüzü sərf edib, Qəbələdən əliboş dönməməyə çalışacağıq".
