1 oktyabr 2015 16:00
Rəşad Sadiqov: Qəbələ Krasnodarla oyunda qələbəyə köklənib
"Qəbələ"nin yarımmüdafiəçisi Rəşad Sadiqov Avropa Liqasının qrup mərhələsi çərçivəsində Rusiyanın "Krasnodar" klubuna qarşı səfər oyunu öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Rəqib barədə çox danışmaqda məna görmürəm. Hamı bu komandanı iş başında görüb. "Krasnodar"ı yaxşı analiz etmişik. Doğrudan da yaxşı komandadır. Onların Dortmund "Borussiya"sı ilə oyununa baxmışam. Rusiya təmsilçisi Almaniya nəhəngi ilə bərabər səviyyədə mübarizə aparıb. Buna baxmayaraq, Krasnodara yaxşı nəticə üçün gəlmişik. Qələbəyə köklənmişik".
