1 oktyabr 2015 15:30

Qara Qarayev: Anderlext sıradan rəqib olmasa da, bizim üstünlüyümüz var

"Qarabağ"ın yarımmüfaiəçisi Qara Qarayev Avropa Liqasının qrup mərhələsi çərçivəsində Belçika "Anderlext"i ilə oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb:

- "Anderlext" "Tottenhem" və "Monako" deyil. Bununla razısınız?
- İlk oyununda bu komanda "Monako" ilə heç-heçə edib. Bunun özü nədənsə xəbər verir. Biz öz meydanımızda çıxış edəcəyik. Ona görə də üstünlük bizim tərəfimizdədir. Amma "Anderlext" bizim üçün asan rəqib deyil.

- Qrup mərhələsində cəmi altı oyun olduğunu nəzərə alsaq, öz meydanınızda keçirəcəyiniz oyunlardan mütləq qələbə ilə ayrılmalısınız. Bu mənada "Anderlext"ə də qalib gəlməlisiniz...
- Belə fikirlər komandamıza mənfi təsir göstərə bilər. Ona görə də bu cür fikirləri bir kənara qoymalıyıq. Bizə sadəcə, bu çətin oyuna yaxşı hazırlaşmaq lazımdır. Yəqin ki, rəqib də bizimlə oyunda ancaq üç xal barədə düşünür.

- "Qarabağ"ı yenə də dolu tribunalar və güclü azarkeş dəstəyi gözləyir. Amma komandanız hərdən azarkeşlərin gözlədiyi oyunu sərgiləyə bilmir. Doğma meydan amili sizdə təzyiq yaradır?
- Tribunalar bizi həmişə qələbəyə motivasiya edir. Deməzdim ki, azarkeşlər bizim yaxşı oynamağımıza problem yaradır. Sadəcə, uzun müddət qol vura bilməyəndə tərəfdarlarımız tez ruhdan düşürlər. Onlara təklifim odur ki, ruhdan düşməsinlər və 90 dəqiqə ərzində sonadək bizi dəstəkləsinlər.

- Amma səfərdəki nəticələriniz ev oyunlarındakı ilə müqayisədə daha yaxşıdır...
- İstənilən halda doli tribunalar qarşısında oynamaq daha xoşdur (gülür). Əks halda futbolçuların da yaxşı oynamağa həvəsi azalır. Axı biz bu futbolu azarkeşlərimiz üçün oynayırıq.

- "Qarabağ" - "Neftçi" matçından xeyli vaxt keçsə də, hələ də həmin oyunda təyin olunan mübahisəli penalti gündəmdədir...
- Fariz Yusifov bundan sonra da yüz dəfə elə epizod olsa, penalti təyin edəcəyini deyirsə, mən nə söyləyə bilərəm? Həmin epizodda Coşqun Diniyevə toxunuş var idi. O da penalti qazandı. Fikrimcə, artıq bu barədə danışmağın mənası yoxdur. Futbol səhvlər üzərində qurulmuş oyundur. Hakim haqlı da ola bilər, haqsız da. Hakimə bu qədər təzyiq göstərməyin yeri yoxdur. Əsas odur ki, həmin epizodda heç bir qərəz yoxdur. Bizim bu oyunun birinci hissəsində qol vəziyyətlərimiz oldu. Qol vura bilsəydik, hər şey tam fərqli də alına bilərdi. Həm də biz ilk dəfə idi ki, "Azərsun Arena"da oynayırdıq. Qazona alışmamışdıq. Bunların da təsiri oldu. Qarşıda daha vacib oyunlarımız var. Onları düşünməliyik.

- Yeni arenanız necədir?
- Öz meydanımızda oynamaq çox xoşdur. Azarkeşlərin doldura biləcəyi belə stadionlar nə qədər çox olsa, Premyer Liqamız və futbolumuz üçün bir o qədər yaxşıdır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.