1 oktyabr 2015 14:15

Qəbələ üçün ilkə imza atmaq şansı

"Qəbələ"nin Avropa Liqasının qrup mərhələsində debütündə bir sıra maraqlı məqamlar yaşandı. Azerisport.az həmin məqamları nəzərinizə çatdırır.

"Qəbələ" də 1 xalla, 0:0-la başladı

“Qəbələ” Azərbaycan klublarının Avropa Liqasının qrup mərhələsindəki tendensiyasını davam etdirib: “qırmızı-qaralar” da ilk oyunda xal qazanıb. Maraqlıdır ki, “Neftçi” və “Qarabağ” kimi bu komanda da debüt matçını qolsuz heç-heçə ilə bitirib. Avropa Liqasının qrup mərhələsində ölkəmizin ilk təmsilçisi “Neftçi” 2012-ci il sentyabrın 20-də Belqradda “Partizan”la, “Qarabağ” isə 2014-cü il sentyabrın 18-də Bakıda “Sent-Etyen”lə matçda eyni nəticəyə imza atmışdı.

Önəmli faktlardan biri də budur ki, "Qəbələ" digər debütantlardan daha yaxşı start götürüb. Belə ki, Almaniyanın “Auqsburq”, Hollandiyanın “Qroningen” və Albaniyanın “Skenderbeu” klubları qrup mərhələsində mübarizəyə məğlubiyyətlə başlayıb. “Belenenseş” (Portuqaliya) ilə “Monako” (Fransa) da “Qəbələ” kimi qrup mərhələsində heç-heçə ilə “siftə” ediblər. “Mitdyulland”la (Danimarka) “Syon” (İsveçrə) isə ilk oyunda 3 xal qazanıb. Yeri gəlmişkən, Roman Qriqorçukun yetirmələri kimi təsnifat mərhələsindən qrupadək irəliləyən “Rusenborq” da ilk turda heç-heçə edib. Norveç təmsilçisinin Fransanın “Sent-Etyen” klubu ilə səfər matçı heç-heçə ilə nəticələnib - 2:2.

Bezotosnıyla "Qəbələ"nin uğurlu seriyaları

“Qəbələ” Avropa Liqasında ardıcıl 3-cü oyundur heç-heçə edir. Maraqlıdır ki, bu nəticələrin hamısı Yunanıstan təmsilçiləri ilə görüşlərdə qeydə alınıb. Komandanın “evdə” keçirdiyi son 2 oyun isə qolsuz bərabərliklə bitib. Ukraynalı qapıçı Dmitri Bezotosnının rekordu davam edir. Belə ki, Avropa Liqasında yalnız “Qəbələ” hələ ki, evdə qol buraxmayıb. Komandanın təkcə öz meydanında deyil, bütün matçlarda “çərçivə”sini məhz Bezotosnı qoruyub. Dmitrinin bu ildən şərəfini qoruduğu “Qəbələ”nin heyətində avrokuboklarda öz meydanında “quru seriyası” artıq 450 dəqiqədir. Bunun 90 dəqiqəsi Qəbələdə, 360 dəqiqəsi Bakıda “Bakcell Arena”da olub.

“Qəbələ”nin Avropa Liqasında rekord göstəricisi isə artıq 6 oyundur məğlub olmamasıdır. Komanda sonuncu dəfə II təsnifat mərhələsində “Çukariçki”ylə birinci oyunda uduzub. İyulun 16-da Belqradda keçirilən matç meydan sahiblərinin 1:0 hesablı qələbəsiylə nəticələnmışdı. “Qırmızı-qaralar” bundan 1 həftə sonra “Çukariçki” yə 2:0 hesabı ilə qalib gələrək mərhələ keçib. Yeri gəlmişkən, 6 oyunluq məğlubiyyətsiz seriya turnirin cari mövsümü üçün rekord sayılır.

Azərbaycan klublarının 1994-cü ildən başlayan avrokuboklar tarixinə nəzər saldıqda isə bu rekordun təkrarlandığını deyə bilərik. Belə ki, “Qarabağ” 2 dəfə məhz Avropa Liqasında – 2010/11 və 2013/14 mövsümündə - ardıcıl 6 oyun uduzmayıb. Maraqlıdır ki, hər 2 halda əlamətdar seriya Almaniya klubları tərəfindən qırılıb və bunlardan birincisini edən “Borussiya” hazırda “Qəbələ”nin rəqibidir. Ancaq komanda Dortmund təmsilçisiylə ilk oyunadək, daha dəqiqi oktyabrın 1-də Rusiyanın “Krasnodar” klubuyla səfərdə üz-üzə gələcək. Deməli, Avropa Liqasında məğlubiyyətsiz seriya, ən azı, həmin vaxtadək, yəni 77 gün davam edə və Krasnodarda yeni rekord yazıla bilər.

1 oyunda 3 ilkə imza atmaq şansı

“Qəbələ” Rusiya səfərində daha 2 ilkə də imza ata bilər. Məsələ ondadır ki, Azərbaycan klubları qitəmiqyaslı turnirlərdə Rusiya təmsilçilərinə nəinki qalib gələ, heç qol da vura bilməyiblər. Ruslarla ilk duel 2004/05 mövsümündə Çempionlar Liqasının II təsnifat mərhələsində Moskva MOİK-iylə olub. O vaxt “Neftçi” ordu klubu ilə evdə heç-heçə oynamış (0:0), səfərdə 0:2 hesabıyla uduzaraq mübarizəni dayandırmışdı. Şimal qonşularımızla ikinci sınağımız isə 2012/13 mövsümünə, Avropa Liqasının qrup mərhələsinə təsadüf edir. O zaman “Neftçi” Kazan “Rubin”inə səfərdə də, evdə də 0:1 hesabıyla uduzmuşdu. Göründüyü kimi, “Qəbələ” ruslara həm ilk qol vuran, həm də ilk qalib gələn Azərbaycan klubu ola bilər. ("Qəbələ" İK)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.