1 oktyabr 2015 13:30
Olivye Deşaxt: Reynaldo və Armenteros Anderlextdə oynamağa layiq olduqlarını göstərmək istəyəcəklər
Belçikanın "Anderlext" klubunun müdafiəçisi Olivye Deşaxt komandasının sabiq üzvləri - hazırda "Qarabağ"da çıxış edən Reynaldo ilə Samuel Armenterosun Avropa Liqasının qrup mərhələsi çərçivəsində onlara qarşı oynamasına münasibət bildirib. Azerisport.az xəbər verir ki, o, bu gün baş tutacaq görüş öncəsi bunları söyləyib:
"Onların hər ikisi sürətli futbolçudur. İstənilən matçın taleyini həll etməyə qadir oyunçulardır. Amma biz onların istədiyi kimi oynamasına imkan verməməliyik. Fikrimcə, onlar "Anderlext"də oynamağa layiq olduqlarını sübut etməyə çalışacaqlar. Amma mənim işim qarşıdakı oyunda onları saxlamaqdır".
