1 oktyabr 2015 13:15
Qəbələ Krasnodarda dəstəksiz qalmayacaq
"Qəbələ" Avropa Liqasının qrup mərhələsi çərçivəsində Rusiya "Krasnodar"ına qarşı səfər oyununda dəstəksiz qalmayacaq. Azerisport.az xəbər verir ki, Roman Qriqorçukun çalışdırdığı komandanı təxminən 40 həmyerlimiz dəstəkləyəcək.
Onların da əksəriyyəti məhz Rusiyada yaşayan azərbaycanlılardır.
Qeyd edək ki, sözügedən qarşılaşma bu gecə saat 00:05-də start götürəcək.
