Yuri Syomin: Krasnodar Qəbələyə yuxarıdan aşağı baxmamalıdır
"Qəbələ"nin sabiq baş məşqçisi Yuri Syomin bu komandanın Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində Rusiya "Krasnodar"ına qarşı keçirəcəyi oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, rusiyalı mütəxəssis bunları söyləyib:
"Krasnodar"ı çox çətin rəqiblə oyun gözləyir. Azərbaycan çempionatında "Qarabağ" adlı komanda var, oyun üslubuna görə krasnodarlılarla oxşardır. Mən bu görüşdə çox qol gözləməzdim. Böyük ehtimalla bu, bərabər səviyyəli, gərgin bir qarşılaşma olacaq. "Krasnodar" üçün əsas rəqibə yuxarıdan aşağı baxmamaqdır. "Qəbələ" çox sabit layihədir. Bunu həm sərgilənən oyuna, həm futbolçuların bir-birinə uyğunlaşmasına, həm də rəhbərliyə aid etmək olar. Klubun sahibləri bu komandanı uğurlu və ağıllı şəkildə inkişaf etdirirlər".
