1 oktyabr 2015 12:50
Yığmamız Belçikaya qarşı
17 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan yığması bu gün ikinci oyununu keçirəcək. Azerisport.az xəbər verir ki, yığmamız Belçika komandası ilə qarşılaşacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Yığmamızın mübarizə apardığı 6-cı qrupun oyunları Belçikada təşkil olunub. Komandamız ilk oyununda Çex Respublikasına 1:4 hesabıyla uduzmuşdu.
