1 oktyabr 2015 11:20

Kamal Quliyev: Qarabağ və Qəbələ 3 xal qazana bilər

Azərbaycan yığmasının sabiq futbolçusu Kamal Quliyev "Qarabağ"la "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsinin ikinci turundakı şanslarını dəyərləndirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:

"Qarabağ" Belçika "Anderlext"inə qalib gələcək gücdədir. Qurban Qurbanovun komandası hücum futbolu sərgiləyə bilər. İnanıram ki, "Qarabağ" doğma meydanda 3 xal qazana biləcək. "Qəbələ"yə gəlincə, onlar Rusiya "Krasnodar"ı ilə səfərdə oynayacaqlar. Amma bu komandanın da qələbə qazanmaq şansı var. "Krasnodar" "Panatiaikos" deyil. Yəni "Qəbələ" "Panatinaikos"a səfərdə iki qol vura bilmişdisə, deməli, Rusiya klubu ilə görüşdə də fərqlənə bilər".

Quliyev klublarımızın qrupdan çıxmaq şansları barədə də danışıb: "Əlbəttə, buna nail olmaq çox çətin görünür. "Qarabağ" qrup mərhələsinə məğlubiyyətlə başladı. Lakin yenə də hər şey klublarımızın öz əlindədir. Belə güclü rəqiblərlə oyunlarda 1-2 qol vəziyyəti olur ki, onlardan da maksimum yararlanmağımız lazımdır. "Qəbələ"nin artıq bir xalı var. Amma qrupdan çıxmaq üçün daha yaxşı nəticələr qazanması lazımdır. Hər iki komandamıza uğurlar arzulayıram. Onların çıxışı Azərbaycan futbolunun səviyyəsini Avropaya, dünyaya göstərir. Allah eləsin ki, ölkəmizi avrokuboklarda layiqincə təmsil etsinlər".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.