1 oktyabr 2015 23:51

Qarabağ Anderlextə qalib gəldi

Bu gün Avropa Liqasında qrup mərhələsinin ikinci turunun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycanı qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirində təmsil edən "Qarabağ"da qrupdakı növbəti oyununa çıxıb.

Ağdam klubu doğma meydanda Belçika "Anderlext"i ilə qarşılaşıb. İlk turda İngiltərə "Tottenhem"inə uduzmuş Qurban Qurbanovun komandası həmin məğlubiyyəti mütləq unutdurmağa çalışmalıydı. Xoşbəxtlikdən, Qurban Qurbanovun komandası bu matçdan minimal hesablı qələbə ilə ayrılmağa nail olub.

Təmsilçiimizin yer aldığı qrupda bu gün həmçinin Fransa "Monako"su İngiltərə "Tottenhem"i ilə münasibətlərinə aydınlıq gətirib. Bu görüşün 35-ci dəqiqəsində Erik Lamelanın qolu ilə hesabda önə keçən qonaqlar 81-ci dəqiqədə Stefan Əl Şəravinin cavab qoluna üzülüblər. Nəticədə, bu qarşılaşma 1:1 hesabıyla bitib.

UEFA Avropa Liqası
J qrupu
2-ci tur

1 oktyabr

“Qarabağ” - "Anderlext" - 1:0 (1:0)
Qol: R.Almeyda, 36 (1:0).
Sarı vərəqə: S.Defur, 74.
Baş hakim: Oliver Draxta (Avstriya).
Bakı. Tofiq Bəhramov adına respublika stadionu.

"Qarabağ": 13. İbrahim Şehiç, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov (k), 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 2. Qara Qarayev, 10. Dani Kintana (91. Coşqun Diniyev, 68), 20. Riçard Almeyda, 67. Əlhərbi Əl Jadeyui (32. Elvin Yunuszadə, 77), 9. Reynaldo, 90. Samuel Armenteros (22. Əfran İsmayılov, 61).
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 18. İlqar Qurbanov, 8. Mişel, 29. Raydell Pupon.
Baş məşqçi: Qurban Qurbanov.
"Anderlext": 1. Silvio Proto (k), 3. Olivye Deşaxt, 37. İvan Obradoviç (18. Frank Aşemponq, 65), 4. Serin Mbodji, 7. Endi Najar, 10. Dennis Praet (9. Matias Suares, 72), 16. Stiven Defur, 30. Giyom Jile (31. Yuri Tilemans, 72), 32. Linder Dendonker, İmoh Ezekiel, 99. Stefano Okaka.
Ehtiyat oyunçular: 33. Davi Roef, 14. Bram Naytink, 17. İbrahima Konte, 26. İdrissa Silla.
Baş məşqçi: Besnik Hasi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.