1 oktyabr 2015 00:55

Reynaldo: Ola bilsin ki, o, mənim birgə oynadığım ən güclü futbolçudur

"Qarabağ"ın hücumçusu Reynaldo Avropa Liqasının qrup mərhələsi çərçivəsində Belçika "Anderlext"inə qarşı oyun öncəsi vaxtilə çıxış etdiyi bu ölkənin mətbuatına müsahibə verib. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir:

- "Anderlext"lə oyun sizin üçün xüsusi əhəmiyyət daşıyır?
- Xeyr, adi oyundur. Fərq yalnız ondadır ki, avrokubok matçıdır.

- Rəqib düşərgədə görməyə sevinəcəyiniz oyunçular, məşqçilər, klub rəsmiləri var?
- Əlbəttə! Onların hamısını yenidən görmək çox xoş olacaq. Məsələn. Besnik Hasi, Matias Suares, Silvio Proto, klub rəsmiləri. Onların mənim üçün etdikləri hər şeyə görə indi də minnətdaram.

- Onlara nəyisə sübut etməyi arzulayırsınız?
- Xeyr. Onlara göstərməli olduğum heç nə yoxdur. İndi mən "Qarabağ"ın uğurları üçün çalışıram.

- "Anderlext"də sizə lazımı şans verildiyini düşünürsünüz?
- Orada lazım olan şansı qazana bilmədim. Baş məşqçi həmişə başqa futbolçulara oynamaq şansı yaradırdı. Amma mən həmin dövrdə çox şey öyrəndim.

- Niyə hər şey belə alındı?
- Mənim özümə də qəribə gəlirdi. "Serkl Brügge"də hər şeyin necə alındığını özünüz də görürdünüz. Orada daim oynayırdım, özü də çox yaxşı. Amma "Anderlext"ə qayıdan kimi, hər şey fərqli olurdu. Məni daha çox yoxlama oyunlarında meydana buraxırdılar, hazırlıq dövrü bitən kimi isə icarəyə göndərmək üçün klub axtarırdılar. Ona görə də mənim özümü göstərmək şansım olmadı.

- Azərbaycan və Belçika çempionatı səviyyəcə eynidir?
- Azərbaycan çempionatının səviyyəsi bir qədər aşağıdır. Buradakı stadionlar Belçikadakı kimi deyil. Tribunalardakı dəstək də oradakı kimi deyil. Hərdən tribunaların səni oynamağa həvəsləndirmədiyi bir şəraitdə mübarizə aparmaq çox çətin olur. Amma burada da çətin çempionat var, gərgin mübarizə gedir. Mövsüm çox intensiv olur və fiziki yüklənmə yetərincədir. Azərbaycanda çoxlu yaxş futbolçular çıxış etsələr də, yarım il ərzində qol vurmağa imkan tapa bilməyiblər. Amma xoşbəxtlikdən mən buraya tez uyğunlaşdım.

- "Qarabağ"la "Anderlext" arasında hansı oxşarlıqlar var?
- Biz fərqli futbol sərgiləyirik. Mən deyərdim ki, bu iki komanda arasında ümumi çox az şey var.

- "Qarabağ"dakı statistikanız göz oxşayır. Nə dəyişiklik baş verdi ki, siz belə çıxış etməyə başladınız?
- Əlbəttə, çox məqam var. Amma əsas məqam baş məşqçinin inamıdır. Məhz onun bu inam və dəstəyi sayəsində komandama belə faydalı ola, qollar vura bildim. Ona göstərdiyi bu inama, dəstəyə görə təşəkkür etməyə söz tapa bilmirəm. O, mənə meydanda sərbəstlik verir və mən də maksimum faydalı olmağa çalışıram.

- Komandanızda daha hansı ulduz futbolçular çıxış edir?
- Əlbəttə, Armenterosu çox insan tanıyır. Amma bizdə yarımmüdafiə xəttində braziliyalı Riçard Almeyda çıxış edir. Ola bilsin ki, o, mənim birgə oynadığım ən güclü futbolçudur. Həmçinin ispaniyalı Dani Kintananın da çoxlu müsbət keyfiyyəti var.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.