1 oktyabr 2015 00:35
Olivye Deşaxt: Qarabağı yaxşı tanımasam da, güclü komanda olduğunu eşitmişəm
Belçikanın "Anderlext" klubunun müdafiəçisi Olivye Deşaxt Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçiriləcək oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Rəqibi elə də yaxşı tanımıram. Amma güclü komanda olduğunu eşitmişəm. Vaxtilə mən "Anderlext"lə burada olmuşdum və həmin vaxt uduzmuşduq. Oyuna qədər biz rəqibin güclü və zəif cəhətlərindən də xəbərdar olacağıq".
