1 oktyabr 2015 00:05
Besnik Hasi: Qarabağ doğrudan da yaxşı komandadır
Belçikanın "Anderlext" klubunun baş məşqçisi Besnik Hasi Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Qarabağ" Avropada elə də adlı-sanlı klublardan deyil. Amma rəqib doğrudan da çox yaxşı komandadır. Onların oyunlarını izləmişik, tanıyırıq. Bu mövsüm cəmi bir oyunda uduzublar. Ona görə də nəticə qazanmaq istəyiriksə, təşkilatlanmış oyun sərgiləməliyik".
