30 sentyabr 2015 22:00

Roman Qriqorçuk: Əsas düzgün və ağıllı oynamaqdır

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının qrup mərhələsi çərçivəsində Rusiya "Krasnodar"ına qarşı səfər oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, ukraynalı mütəxəssis öncə bunları söyləyib:

- Komandada vəziyyət yaxşıdır. Normal hazırlıq keçmişik. Daha yaxşısına nail ola bilərdik. Amma indiki halda da şikayətlənməyə ehtiyac yoxdur. Yaxşı oyun sərgiləməyə çalışacağıq.

- Start heyətinizi müəyyənləşdirmisiniz?
- Hələ yox. Sabah meydana kimlərin çıxacağını dəqiqləşdirməmişəm. Bilirəm, amma tam yox. Yaxşı analiz apardıqdan sonra heyəti müəyyənləşdirəcəyəm.

- "Krasnodar" "Terek"ə qarşı oyunda tez-tez ötürmələrdə səhvə yol verirdi. Bu, sizin üçün üstünlük yarada bilər?
- Biz yalnız bir oyunluq informasiya ilə kifayətlənə bilmərik. Onların başqa oyunlarını da izləmişik. Hansı ki, həmin görüşlərdə kifayət qədər keyfiyyətli futbol sərgiləyiblər. Daha yaxşı oynaya bilərlər. Həmçinin "Krasnodar"a çox ciddi və savadlı məşqçinin rəhbərlik etdiyini də vurğulamalıyam.

- Tanıdığınız Oleq Kononovun komandasını necə xarakterizə edə bilərsiniz?
- Çox söz deyə bilərəm. Amma bircə məqamı vurğulayacağam: onun komandası konkret və səlis hərəkət edə bilir.

- Kononov da sizi yaxşı tanıdığını qeyd edib. Ona hansısa sürpriz edə biləcəksiniz?
- Biz bunu bir neçə dəfə gerçəkləşdirmişik. "Qəbələ" müxtəlif rəqiblərə qarşı yaxşı hazırlaşa bilir. "Krasnodar"ı da çox yaxşı öyrənmişik. Bizim üçün əsas düzgün və ağıllı oynamaqdır.

- Azərbaycan millisi tarixi ərzində Rusiya yığmasına cəmi iki qol vura bilib ki, onların da hər ikisinin müəllifi Vaqif Cavadov olub. Sabah onu meydanda görə biləcəyik? Toyundan sonra vəziyyəti necədir?
- Onu ailə qurması münasibətilə təbrik edirəm. Eyni zamanda meydana çıxacağı halda statistikasını yaxşılaşdırmağı arzulayıram.

- Krasnodarda hava istidir. Meydan sahibləri üçün soyuq duş hazırlaya biləcəksiniz?
- Bunu etmək çox çətin olacaq. Çünki rəqib doğrudan da çox güclüdür. Mümkündür ki, soyuq duş yarada bilməyək, amma sərinlik yaratmağa çalışacağıq. Bizim bunun üçün gücümüz və ağlımız var.

- Sabah sizi hansı nəticə qane edəcək?
- Həmişəki kimi 5:0 (gülür). Amma yazın ki, bunu gülərək söyləyib, əks halda Kononov bunu düz başa düşməz.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.