30 sentyabr 2015 18:00
Neftçi Süleymanov məsələsinə aydınlıq gətirdi
"Neftçi" klubu onların düşərgəsində məşq edən "Bakı"nın sabiq yarımmüdafiəçisi Ülvi Süleymanovun "Zirə"yə keçidinə aydınlıq gətirib. Azerisport.az saytına klubdan verilən açıqlamada bunlar qeyd olunub:
"Süleymanov doğrudan da bizim klubda baxışda olub. Amma biz onu baxışdan keçirəndən sonra müqavilə bağlamamağa qərar verdik. Bizim gənc futbolçuya olan marağımız o həddə çatmamışdı ki, onun transfer məbləğindən danışaq".
