30 sentyabr 2015 17:40

Ruslan Qurbanov: Üzərimdə daha çox çalışmalıyam ki, baş məşqçi elə söz deməsin

"Neftçi"nin forvardı Ruslan Qurbanovun azerisport.az saytına müsahibəsi

- "Qarabağ"la heç-heçəni (1:1) necə şərh edə bilərsiniz?
- Oyun bizim üçün yaxşı alındı. Fikrimcə, oyuna gələn azarkeşlər də sərgilənən futboldan razı qaldılar.

- Araz Abdullayev zədələnən zaman onu siz əvəz etdiniz. Yəqin ki, meydana elə erkən çıxacağınızı gözləmirdiniz...
- Bəli, ehtiyatda qaldığıma görə artıq 6-cı dəqiqədə meydana çıxacağımı düşünmürdüm. Amma Araz zədələndiyi üçün onu əvəzlədim və komandamın uğur qazanması üçün mübarizə apardım. Araza tezliklə sağalmağı və sıraya dönməyi arzulayıram.

- Sizin də qol vurmaq şansınız vardı. Buna nə mane oldu ki?
- Bizim qol vəziyyətlərimiz oldu. Amma yenə də ustalıq səviyyəsi sözünü dedi. Məşqlərdə daha çox çalışmaq lazımdır ki, belə qol vəziyyətlərindən də maksimum yararlanaq.

- Samir Əliyev sizi ikinci hissədə əvəzlədi...
- Əvəzlənməyimi baş məşqçidən özüm xahiş etdim. Çünki köhnə zədəm özünü hiss etdirdi.

- Qapınıza təyin olunan penalti böyük rezonansa səbəb oldu. Sizin həmin epizodla bağlı fikriniz necədir?
- Mən bu barədə çox danışmaq istəməzdim. Epizoda baxdım. Onu deyə bilərəm ki, belə oyunlarda bu cür penatilər təyin olunmur. "Qarabağ" heç nədən qol vəziyyəti yarada bilən komandadır. Ona görə də mənə elə gəlir ki, hakim cərimə zərbəsini təyin etməməliydi. Artıq hər şey keçmişdə qalıb. İki xal itirdiyimiz üçün təəssüflənirik. Amma çempionat davam edir.

- Matçdan sonrakı mətbuat konfransında Samir Əliyev bildirdi ki, o, Jayronun əvəzində Rahil Məmmədova, Ruslan Qurbanovun yerində isə Fəhmin Muradbəylinin oynamasına üstünlük verər...
- Samir Əliyev baş məşqçidir və kimin də oynayacağına o qərar verir. O, belə deyibsə, deməli, mənə daha çox çalışmaq və oynamağa hazır olduğumu göstərməyim lazımdır. Son sözü həmişə baş məşqçi deyir. Bir daha qeyd edirəm ki, belə söhbətlərin olmaması üçün öz üzərimdə daha çox çalışmağıma ehtiyac var.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.