30 sentyabr 2015 17:20

MY Futbol Məktəbinin ilkin hazırlıq qrupu açılır

AFFA, “Bakcell” şirkəti və İngiltərənin “Mançester Yunayted” futbol klubu arasında tərəfdaşlıq münasibətləri çərçivəsində Bakıda daimi fəaliyyət göstərən “Mançester Yunayted” Futbol Məktəbinin ilkin hazırlıq qrupu fəaliyyətə başlayacaq. Azerisport.az xəbər verir ki, çoxsaylı istəklər nəzərə alınaraq AFFA, “M.U.” və Bakcell şirkəti ilkin hazırlıq qrupunun yaradılması qərarına gəliblər.
 
İlkin hazırlıq qrupunun 2005, 2006, 2007 və 2008-ci il təvəllüdlü uşaqlardan təşkil olnması planlaşdırılır. İlkin mərhələdə 16 uşaqdan ibarət bir qrup fəaliyyət göstərəcək. 5 həftəlik proqrama 130 AZN ödəməklə qoşulmaq mümkün olacaq. Məşqlər oktyabrın 5-dən etibarən başlayacaq.
 
“Mançester Yunayted” Futbol Məktəbinin ilkin hazırlıq qrupunda məşqlər həftədə 2 dəfə Bayıl stadionunda İngiltərədən ezam olunmuş məşqçi Mick Benneth və assistentləri Samir Ələkbərovla Cahangir Həsənzadə  tərəfindən keçiriləcək.
 
Yerlər məhduddur.
Qrupa qəbul olunan uşaqlar qeydiyyat üçün mütləq aşağıdakı sənədləri gətirməlidirlər:
 
- Şəxsiyyəti təsdiq edən sənəd
- Sağlamlıq haqqında arayış
 
Qeyd edək ki, yeni yaradılacaq ilkin hazırlıq qrupunun istedadlılar qrupuna adiyyatı yoxdur. İstedadlılar qrupu əvvəlki qaydada 3 qrup – U-10, U-11, U-12 – şəklində həftədə 2 dəfə məşqlərini davam etdirəcək və yoldaşlıq oyunları keçiriləcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.