30 sentyabr 2015 17:00

Mendiyə 7 addım qaldı

”Qəbələ” cari çempionatda ilk böyükhesablı qələbə qazanan komanda olub. Azerisport.az xəbər verir ki, Roman Qriqorçukun çalışdırdığı komanda bunadək Qəbələdə “Kəpəz” və “Sumqayıt”dan (hər iki oyunda matçda 1:0) səfərdə isə AZAL-dan (2:0) üstün olmuşdu.

Bu, “Qəbələ”də baş məşqçi fəaliyyətinə ilin əvvəlindən başlayan Qriqorçukun 2-ci böyükhesablı qələbəsi olub. İlk belə qalibiyyət ötən çempionatda, aprelin 4-də AZAL üzərində qazanılmışdı - 4:0. Həmin oyunun Şüvəlanda keçirildiyini nəzərə alsaq, Roman İosifoviçin vaxtında böyükhesablı qələbələr hələ ki rəqib meydanında, özü də Bakıda qazanılıb.

Budəfəki böyükhesablı qələbənin təməlini qoyan Luis Hilario Dodo isə cari çempionatda qol hesabını açıb. Ancaq bu, kapitanıın 2015/16 mövsümündə fərqləndiyi ilk matç deyil. Çünki 28 yaşlı braziliyalı yarımmüdafiəçi Avropa Liqasının pley-off mərhələsində “Panatinaikos”la səfər matçında (2:2) etdiyi dublla komandasını tarixində ilk dəfə qrup mərhələsinə çıxarmışdı. “Qəbələ”də oyun sayında rekordçu olan Dodo qol göstəricisində lider Viktor Mendiyə bir qədər də yaxınlaşıb. İndi onu sabiq hücumçudan 7 qol ayırır. Belə ki, Luisin hesabında 26, Viktorda 33 qol var.

“Qəbələ”nin cari mövsümdə bombardiri isə Aleksey Qaydır. 33 yaşlı ukraynalı yarımmüdafiəçi ardıcıl 2 oyundur meydanı qolsuz tərk etmir. Bu çempionatda 3-cü qolunu vuran Qay AZAL-ın və “Sumqayıt”ın qapısına penaltidən yol tapmışdısa, bu dəfə oyun epizodunda fərqlənib. Aleksey 3 qolla həm də çempionatımızın bombardirlərindəndir. O, “Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Rahid Əmirquliyev, “Qarabağ” və “İnter”in braziliyalı legionerləri Riçard Almeyda və Dieqo Martinslə birgə şərikli liderdir. Aleksey bu ildən şərəfini qoruduğu “Qəbələ”də, ümumilikdə, 7-ci dəfə fərqlənib.

Qol sayında Qayın komandada ən yaxın izləyiciləri həmyerlisi Aleksey Antonov və Samir Zərgərovdur. Zərgərov “Rəvan”la oyunda fərqlənməklə, cari mövsümdə qol sayını 2-yə çatdırıb. Ümumilikdə isə 29 yaşlı yarımmüdafiəçi “Qəbələ”də 12-ci qoluna imza atıb. Bu çempionatda Dodoyla yanaşı, əcnəbi hücumçular – estoniyalı Sergey Zenyovla bosniyalı Ermin Zets hərəyə 1 qol vurub. Onlar da Antonov kimi “Qəbələ”də debüt mövsümlərini keçirirlər. ("Qəbələ" İK)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.