30 sentyabr 2015 16:30
Yuri Qazinski: Azərbaycan çempionatını heç vaxt izləməmişəm
Rusiyanın "Krasnodar" klubunun yarımmüdafiəçisi Yuri Qazinski Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Azərbaycan çempionatı ilə tanış deyiləm. Onların çempionatını heç vaxt izləməmişəm. Baş məşqçimiz nəzəri məşğələlərdə bizə bu komanda barədə ətraflı məlumat verəcək, onların güclü və zəif cəhətlərini bildirəcək. Şübhəsiz ki, biz də onun tapşırıqlarını yerinə yetirməyə çalışacağıq".
