30 sentyabr 2015 16:00

Qurban Qurbanov: Mənim planlaşdırdığım kimi oynasaq, qalib gələ bilərik

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsi çərçivəsində Belçika "Anderlext"inə qarşı oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı öncə bunları söyləyib:

"Rəqibə sürətdə uduzmamağa çalışmalıyıq. Əks halda yaxşı futbol oynamaqda çətinliklə üzləşəcəyik. Futbolçularıma inanıram və komandamdan yaxşı futbol gözləyirəm. "Anderlext" kimi klubun Bakıya gəlməsi Azərbaycan futboluna ancaq fayda verəcək. Özümüzü yaxşı tərəfdən göstərməyə çalışmalıyıq".

"Çumbinyo bu oyunda meydana çıxmayacaq. Çünki oyun təcrübəsi azdır. Sabahkı oyunda isə bizə uğur qazanmaq lazımdır. Yaxşı oyun sərgiləməyimizi istəyirəm. Rəqibin heyətində Stefano Okaka kimi fiziki cəhətdən çox güclü mərkəz hücumçusu var".

Qurbanov bəyan edib ki, komandasının futbolçuları arasında heç bir problem yoxdur: "Futbolçularımızla bağlı heç bir problem yoxdur. Komandada hər şey normaldır. "Qarabağ"a psixoloq lazım olduğunu düşünmürəm. Nə vaxt lazımdırsa, futbolçularla söhbət edirəm. Mən onlara güvənirəm, onlar da mənə".

"Sabah bizə 5-6 futbolçu ilə hücum emtək lazımdır. Kollektiv futbol sərgiləməliyik. Yalnız oyundan sonra demək olar ki, mümkün heç-heçə bizim üçün nə dərəcədə sərfəli nəticədir. Mən planlaşdırdığım kimi oynasaq, nəinki bir xal, hətta üç xal da qazanarıq".

Qurbanov İngiltərə "Tottenhem"inə qarşı keçirdikləri oyunu da (1:3) xatırlayıb: "Tottenhem" çox güclüdür. Biz hesabı açsaq da, üç qol buraxdıq. Bizimlə oyundan sonra onlar "Mançester Siti"yə dörd qol vurdular".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.