30 sentyabr 2015 15:45
Reynaldo: Fanatlardan ciddi dəstək gözləyirik
"Qarabağ"ın yarımmüdafiəçisi Reynaldo Avropa Liqasının qrup mərhələsi çərçivəsində Belçika "Anderlext"inə qarşı oyun öncəsi fikirlərini bölüşüb. Azeriport.az xəbər verir ki, Ağdam klubunun braziliyalı futbolçusu bunları söyləyib:
"Sabah bizi çətin oyun gözləyir. "Anderlext"i analiz etmişik. Fanatlardan ciddi dəstək gözləyirik. Birgə uğurlu nəticəyə imza ata bilərik. Baxmayaraq ki, rəqibin avrokuboklarda böyük təcrübəsi var. Mənim keçmiş komandama qarşı oynamağıma gəlincə, bütün matçlara eyni qaydada hazırlaşıram. Mənim üçün motivasiy həmişə eyni olur - qələbə qazanmaq lazımdır".
