30 sentyabr 2015 15:15

Vaqif Cavadov: Qəbələnin hədəfi Krasnodardan 3 xalla qayıtmaqdır

"Qəbələ"nin hücumçusu Vaqif Cavadov Avropa Liqasının qrup mərhələsi çərçivəsində Rusiya "Krasnodar"ına qarşı səfər oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.

- "Krasnodar"la oyun üçün hədəfiniz nədən ibarətdir?
- Mən həmişə real danışmışam. Nə bacarırıqsa, onu da göstərməyə çalışacağıq. Qələbə qazanmaq istəyirik. Başa düşürük ki, "Krasnodar"la oynaya bilərik. Biz həmişə Rusiya və Ukrayna klublarına qarşı yaxşı oynamışıq və nəticələr qazanmışıq. Ümid edirəm ki, sabah da öz istəyimizə çatacağıq.

- "Qəbələ"nin Rusiyada qələbə qazanması sensasiya hesab oluna bilər?
- Xeyr. "Qəbələ"nin Avroliqanın qrup mərhələsinə vəsiqə qazanacağına da şübhə edənlər çox idi. Hamı təkcə "Qarabağ"ın qrup mərhələsinə çıxacağını düşünürdü. Amma komanda böyük uğura imza ataraq, "Qarabağ"la birgə qrupda oynamaq şansı əldə etdi. "Krasnodar" Dortmund "Borussiya"sı deyil. Amma Rusiya klubu da zəif komanda sayıla bilməz.

- "Krasnodar" son dövrlər uğursuz çıxış edir. Bu, sizin üçün üstünlük sayıla bilər?
- Ola bilər. Amma rəqib komandanın çoxlu güclü futbolçusu var. Onlar Rusiyada pis çıxış etmirlər.

- Rəqib düşərgə hansı futbolçunu xüsusi qeyd edə bilərsiniz?
- Fedor Smolov son dövrlər pis oynamır. Artıq yığmaya da dəvət olunur. Ari Joazinyo il Pavel Məmmədovu da unutmaq olmaz. Amma biz rəqibin yox, öz oyunumuzu düşünməliyik. "Qəbələ" öz oyununu sərgiləyə bilsə, bir qədər də bəxtimiz gətirsə, uğur qazana bilərik (gülür).

- "Qəbələ"nin hazırda tarixinin ən güclü heyətinə malik olduğunu demək olar?
- Bəli, yaxşı heyətimiz var, güclü rəqabət mövcuddur. Mən komandaya yenicə gəlmişəm. Ümid edirəm ki, mənim də faydam toxunacaq.

- Sizin start heyətdə meydana çıxacağınıza ümid etmək olar?
- Komandaya kömək etməyə hazıram. Amma heyəti baş məşqçi müəyyənləşdirir. İstənilən halda meydana çıxacaq hər bir futbolçumuza uğurlar arzulayıram. Hədəfimiz Krasnodardan üç xalla qayıtmaqdır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.