30 sentyabr 2015 14:45

Fərrux İsmayılov: İlk üçlüyə düşməyi hədəfləmişik

“Bakı” futbol klubunun akademiyası yeni mövsümə hazırlıqları yekunlaşdırmaq üzrədir. Azerisport.az xəbər verir ki, bir vaxtlar milli komandamızın əsas oyunçularından olan, hal-hazırda isə "Bakı"nın akademiyasında məşqçi kimi fəaliyyət göstərən Fərrux İsmayılov rəhbərlik etdiyi U-17-nin yeni mövsümə hazırlığının yekunu ilə bağlı klub saytına fikirlərini bölüşüb:

- Əvvəla, yeni mövsümün başlanması münasibəti ilə sizə və komandanıza uğurlar arzulayırıq. Komandanızda vəziyyət necədir, yeni mövsümə hazırsınızmı?
- Ötən mövsüm bitəndə komandamda 22 futbolçu vardı. Bunların əksəriyyəti müxtəlif kənar təsirlər nəticəsində komandanı tərk edərək müxtəlif klubların düşərgəsinə yollandılar. Belə vəziyyətdə komandada 11 futbolçu ilə yeni mövsümün hazırlıqlarına başlamaq heç də asan olmadı. Əsas heyətin demək olar əksər futbolçularını itirmişik. Komandaya bir neçə yeni futbolçular cəlb edə bildik. Aşağı yaş qrupumuzdan heyətimizə dəstək üçün 3-4 futbolçu məşqlərimizə qoşulub. Hazırlıqlara bir aydan çoxdur ki start vermişik. Bu müddətdə 2 yoxlama oyununda komandanın qüvvəsini nəzərdən keçirdik. İlk oyunda “Neftçi”ni, bu gün isə (red: 28 sentyabr) “Zirə”ni 3:2 hesabı ilə məğlub etdik. Daha bir sevindirici məqam isə 2 aydan çox, Fransanın “Lans” klubunun düşərgəsinə yollanmış 2 futbolçumuzun da geri qayıdışıdı. Qapıçımız Asim Abdullazadə və yarımmüdafiəçi Nazim Bağırov həm də 17 yaşadək milli komandamızın da üzvləridir. Bütün çətinliklərə baxmayaraq U-17 liqasında “Bakı”nı layiqincə təmsil etməyə çalışacağıq.

- Akademiyanı tərk edərək digər klublara üz tutmuş futbolçularla bağlı hansısa ölçü götürüləcəkmi?
- Bu məsələlərin hansı formada həll olunacağını federasiya rəhbərliyi ilə klub rəhbərliyi öz aralarında həll edir. 1999-cu il təvəllüdlülərdən də 10 uşaq komandanı tərk edib, başqa klublara keçiblər. Onların bu çempionatda oynayıb-oynamayacaqların bilmirəm. Biz öz üzərimizə düşən vəzifəni yerinə yetirərək bu heyətlə işimizə davam edirik. Geri qayıtmaq istəyənlərə isə qapımız açıqdır.

- “Zirə” ilə oyunda 2000-ci il təvəllüdlülərdən ibarət U-16 komandadan 4 futbolçu əsas heyətdə oynayırdı. Bir yaş böyüklərə qarşı oyunda onlardan razı qaldınızmı?
- Biz müəyyən səbəblərdən bu addımı atmağa məcbur olmuşuq. Və heç də peşman deyilik. Onlar öz komandalarında fərqlənən yeniyetmələrdir. Bu yeniyetmələr 5-6 ildir ki, akademiyamızın məşqçilərinin süzgəcindən keçib zəngin təcrübə əldə ediblər. Əlbəttə, bir yaş böyüklərə qarşı oynamaq müəyyən dərəcədə çətindir. Lakin bu həm onlar, həm də komandamız üçün mütləq lazımdır. Təəssüf ki, biz çempionatda aşağı yaş qrupundan bir oyunda yalnız 3 futbolçunu oynada bilərik. Bu bizim məqsədlərimizə az da olsa maneə olacaq.

- Komandanın qarşısına bu mövsüm hansı vəzifə qoyulub?
- Yeni mövsümlə bağlı ənənəvi toplantımızda akademiyanın bütün yaş qrupları üzrə AFFA tərəfindən keçirilən liqalarda bacardıqları qədər yaxşı çıxış etməsi qərara alındı. Buna baxmayaraq ilk üçlüyə düşməyi hədəfləmişik.

- 1999-cu il təvəllüdlülər yaş qrupu klubumuz üçün xüsusi əhəmiyyət daşıyır. 2017-ci ildə Azərbaycanda keçiriləcək 17 yaşlılar arasında Avropa çempionatında ölkəmizi layiqincə təmsil etmək üçün bir sıra tədbirlər görüldü. Bir il öncə “Atletiko”nun düşərgəsinə sizin yaş qrupunda 4 futbolçu təcrübə keçmələri üçün yola salındı. Hal-hazırda komandanızdadır. Onların bu günkü performansı sizi qane edirmi?
- Onlar neçə illərdir ki, klubumuzda hər cür qayğı ilə əhatə olunub. Qeyd edim ki, həmin oyunçular ispan məşqçilərin seçim prossesi nəticəsində müəyyən olunmuşdu. Rəhbərlik onların hərtərəfli inkişafı üçün onları İspaniyaya yolladı. Hal-hazırda məşqlərimizdə iştirak edirlər, çalışırlar. Milli komandaya da cəlb edilirlər. Bir sözlə yaxşı futbolçu olmaları öz əllərindədir.

- Məşqçi karyeranızdan öncə uğurlu peşəkar futbolçu karyeranız olub. Siz oynadığınız illəri xatırlasaq, futbolda vəziyyət bundan qat-qat çətin idi. Lakin bütün çətinliklərin fonunda sizin uğurlu karyeranız oldu. Hal-hazırda futbolumuz bənzər vəziyyətə düşüb. Çətinliklərdən uğurla çıxmış futbolçu kimi bu günkü gənclərə hansı tövsiyyələriniz var?
- Biz oynayan dövrdə çətinliklər çox olub. Biz yaranan bütün çətinliklərə dözərək qalib gəlirdik. Hər bir problem həllini tapır. Səbirli olmaq lazımdır. Məncə, bu gün futbolumuzda və klubumuzda olan bu çətinlik müvəqqətdir. Şükürlər olsun ki, hər şey müsbət məcraya doğru dəyişir. Bir az səbirli olub, problemləri adlatsaq, gedənlər də peşman olacaqlar. Unutmayın ki, “Bakı” elə “Bakı”dır!

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.