30 sentyabr 2015 14:15
Andreas Qrankvist: Qəbələ ilə oyunda uğurlu oynayıb, qələbəni bayram edəcəyik
Rusiyanın "Krasnodar" klubunun kapitanı Andreas Qrankvist Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Qəbələ" barədə elə də çox məlumatlı deyiləm. Amma bilirəm ki, ölkəsinin ən güclü klublarından biridir. Ötən il "Krasnodar"ın heyətində çıxış etmiş Marat İzmayılovun da vaxtilə "Qəbələ" oynadığından xəbərdaram. Rəqib barədə qalan hər şeyi baş məşqçimiz oyun ərəfəsində deyəcək. Onu deyə bilərəm ki, qrupumuzun aşkar favoriti yoxdur. Hər bir oyun çətin keçir. Amma ümid edirəm ki, Azərbaycan klubuna qarşı uğurlu çıxış edib, qələbəni bayram edəcəyik".
