30 sentyabr 2015 18:55

Spartak Rəvanı darmadağın etdi

"Rəvan" bu gün UEFA Gənclər Liqasının birinci təsnifat mərhələsində ilk oyununa çıxıb. Azerisport.az xəbər verir ki, "aslanlar"ın son Azərbaycan çempionu olan U-19 komandası Moskva "Spartak"ı ilə üz-üzə gəlib.

"Rəvan" ilk oyununu Rusiyada keçirib. Komandamız səfərdə sərfəli nəticə qazana bilsə, bir həftə sonra doğma meydanda baş tutacaq görüşdə növbəti mərhələyə vəsiqə qazanmaq şansı əldə edəcəkdi. Amma təəssüf ki, komandamız səfərdə darmadağınla üzləşib. Bu üzdən də "aslanlar"ın cavab görüşündə nəyisə dəyişməsi inandırıcı görünmür.

UEFA Gənclər Liqası
Birinci təsnifat mərhələsi
(ilk oyun)
30 sentyabr

"Spartak" (Moskva) - "Rəvan" (Azərbaycan) - 4:0 (0:0)
Qollar: V.Panteleyev, 53 (1:0). G.Melkadze, 61 (2:0). V.Panteleyev, 79 (3:0). Z.Bakayev, 81 (4:0).
Sarı vərəqə: Ü.İsmayılov, 43. T.Babayev, 45+2. M.Əliyev, 85.
Baş hakim: Eyko Saar (Estoniya).
Moskva. "Spartak" stadionu.

"Spartak": Suxoruçenko, Sokol, Şiqorev (Krasilniçenko, 82), Mamin, Şanbiyev, Bakayev, Poluboyarinov, Panteleyev (k), Lixaçev, Lyalyuşkin ( Malikov, 64), Melkadze (Tsiqankov, 84).
Ehtiyat oyunçular: Maksimenko, Rasskazov, Şerbakov, Qordeçuk.
Baş məşqçi: Vladimir Bezçastnıx.
"Rəvan": Aydın Bayramov, Akkoyn Zekisinan, Cabir Əmirli, Mirəli Məmmədzadə (Mirkamil Əliyev, 63), Ürfan İsmayılov (k) (Elşad Cəbiyev, 85), Turan Babayev, Çingiz Hüseynov, Əziz İsmayılov, Tural Mamarzayev, Ceyhun Quliyev, Əlibəy Məmmədli (Kazbek Qafarov, 89).
Ehtiyat oyunçular: Abdulla Seyidəhmədov, Ülvi Kələşov, Anar Həsənov, Ülvi Ağayev.
Baş məşqçi: Zamin Əsədullayev.

Qeyd edək ki, bu cütün qalibi növbəti mərhələdə "Şalke" (Almaniya) - "Ayaks" (Hollandiya) cütünün qalibi ilə qarşılaşacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.