30 sentyabr 2015 13:45
Rikardinyo: Bizi Krasnodar ilə çətin oyun gözləyir
"Qəbələ"nin müdafiəçisi Rikardinyo Avropa Liqasının qrup mərhələsi çərçivəsində Rusiya "Krasnodar"ına qarşı keçirəcəkləri səfər oyunu öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Krasnodar"la bizi çətin oyun gözləyir. Amma bu görüş öncəsi bizdə heç bir pessimist hiss yoxdur. Çünki Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmışıqsa, deməli, burada da uğurlu nəticələrə imza ata bilərik. Düzdür, bu, heç də asan olmayacaq. Amma "Krasnodar"a uduzmaya bilərik".
