30 sentyabr 2015 13:30
Ermin Zets: Krasnodarla oyuna qələbə qazanmaq üçün gedirik
"Qəbələ"nin hücumçusu Ermin Zets Avropa Liqasının qrup mərhələsi çərçivəsində Rusiya "Krasnodar"ına qarşı keçirəcəkləri səfər oyunu öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Çətin oyun olacaq. Rəqibimiz çox güclüdür. Amma hər şeyə rəğmən, "Krasnodar"la oyuna qələbə üçün yollanırıq. Bizim onlarla bərabər mübarizə aparacaq gücümüz var".
