30 sentyabr 2015 12:15
Bakının yarımmüdafiəçisi Neftçi ilə məşq edib, Zirəyə keçdi
"Bakı"nın sabiq yarımmüdafiəçisi Ülvi Süleymanovun "Neftçi"yə keçidi alınmayıb. Azerisport.az xəbər verir ki, xeyli müddət idi bu komandada məşq edən futbolçu son anda "Zirə"yə keçib.
Çünki "ağ-qaralar" ona görə tələb olunan transfer məbləğini ödəmək istəməyiblər. Əvəzində zirəlilər buna razı olublar.
Qeyd edək ki, Süleymanov yeni komandasında 64 nömrəli forma ilə çıxış edəcək.
