30 sentyabr 2015 11:45

Toni Adams: Krasnodarla heç-heçədən çox razı qalaram, amma heç-heçə də fantastik nəticə olar

"Qəbələ"nin idman direktoru Toni Adams Avropa Liqasının qrup mərhələsi çərçivəsində Rusiya "Krasnodar"ına qarşı səfər oyunu öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:

"İlk növbədə onu qeyd etmək istərdim ki, Avroliqanın qrup mərhələsində çıxış edən "Qəbələ"nin bir hissəsi olmaqdan qürur hissi duyuram. Bizi "Krasnodar"la çətin oyun gözləyir. Rəqibin heyətində çox yaxşı futbolçular var. Ona görə də biz bu səfər matçında maksimum güc sərf etməliyik".

İngiltərəli mütəxəssis rəqib komandanın əvvəlki oyunlarını izlədiyini bildirib: "Krasnodar"ın Dortmund "Borussiya"sına qarşı matçına baxmışam. Oyunumuzda balans yaratmalı, yaxşı çıxış etməli və qrup mərhələsində mübarizə aparmaqdan həzz almalıyıq. Bu, bizim üçün çox gözəl uğurdur. Bununla heç də arxayınlaşmaq lazım olduğunu demək istəmirəm. Sadəcə, bura qədər irəliləməyimizin yaxşı olduğunu demək istəyirəm. Bundan sonra da yeni uğurlar qazanmaq üçün yaxşı komandamız var".

Adamsın sözlərinə görə, o, bu qarşılaşmada qeydə alınacaq mümkün heç-heçədən razı qalacaq: "Bu qarşılaşmada qalib gəlməyimizə çox sevinərəm və razı qalaram. Amma fikrimcə, hətta heç-heçə də fantastik nəticə olacaq".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.