İtaliya yığmasının Bakıya səfər proqramı açıqlandı
İtaliya yığmasının AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində qarşılaşacağı Azərbaycanla oyun üçün səfər proqramı müəyyənləşib. Azerisport.az xəbər verir ki, "skuadra adzurra" Bakıya oktyabrın 8-də çarter reysi ilə gələcək.
Millimizin rəqibi Bakı vaxtı ilə 22:30-da Azərbaycana çatacaq. Antonio Kontenin baş məşqçisi olduğu komanda Heydər Əliyev adına hava limanından birbaşa məskunlaşacağı "Hilton" otelinə yollanacaq.
Oktyabrın 9-da İtaliya yığması Olimpiya stadionunda son məşqə çıxacaq. Hazırlıq prosesi saat 20:30-da start götürəcək və ilk 15 dəqiqəsi jurnalislər üçün açıq olacaq. Bundan yarım saat öncə isə baş məşqçi Konte jurnalistlərin suallarını cavablandıracaq.
Qeyd edək ki, Azərbaycan - İtaliya oyunu oktyabrın 10-da keçiriləcək və saat 21:00-da başlayacaq.
