30 sentyabr 2015 00:10
De Rossi Azərbaycana qarşı oynamayacaq
İtaliya yığmasının yarımmüdafiəçisi Daniele de Rossi AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasına qarşı səfər oyununda iştirak edə bilməyəcək. Azerisport.az xəbər verir ki, buna səbəb onun Bolqarıstana qarşı keçirdikləri son oyunda aldığı birbaşa qırmızı vərəqəyə görə cəzalı duruma düşməsidir.
Bu üzdən də "Roma"nın futbolçusu Bakıya gətirilməyəcək.
Qeyd edək ki, Azərbaycan - İtaliya oyunu oktyabrın 10-da Bakıdakı Olimpiya stadionunda keçiriləcək.
