Aleksey Qay: Krasnodar güclüdür, amma bizim də yaxşı komandamız var
"Qəbələ"nin yarımmüdafiəçisi Aleksey Qay Avropa Liqasının qrup mərhələsi çərçivəsində Rusiya "Krasnodar"ına qarşı səfər oyunu öncəssi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Krasnodar"la oyundan hər şey gözləmək olar. Şans həmişə var. "Krasnodar" gülc rəqibdir. Bu üzdən də bizim üçün çətin oyun olacaq. Amma layiqli çıxış etməyə çalışacağıq. Çox yaxşı hazırlaşmışıq. Biz daha çox xal toplamağa çalışırıq. Şübhəsiz ki, hədəfimiz qrupdan çıxmaqdır. Amma sonda necə olacağını zaman göstərəcək. "Krasnodar"da çoxlu braziliyalı futbolçu çıxış edir. Ona görə də bu komanda texnikalı futbola üstünlük verir. Biz isə daha çox öz oyunumuz haqda düşünməliyik. Təbii ki, rəqibin də zəif və güclü cəhətlərini nəzərə alacağıq. Yaxşı nəticə qazana bilərik. Mümkünsüz heç nə yoxdur. Üstəlik, bizim də yaxşı komandamız var".
