29 sentyabr 2015 17:45
Xəzər Lənkəran Qəbələ ilə oyunun hazırlığına sabahdan başlayacaq
Premyer Liqanın 6-cı turunda Bakının “Zirə” klubuna son dəqiqələrdə penalti qolu ilə məğlub olan “Xəzər Lənkəran” bu oyundan sonra qısa müddətli istirahətə çəkilib. Azerisport.az xəbər verir ki, sözügedən komanda sabah - sentyabrın 30-da Lənkəranda toplaşacaq və “Qəbələ” ilə səfər oyununun hazırlığına start verəcək.
Oktyabr ayının 3-də Qəbələyə yola düşəcək “Xəzər Lənkəran” oyunöncəsi son məşqini də Qəbələdə keçirib, oyun saatını gözləyəcək.
