29 sentyabr 2015 16:30
Kamran Ağayevin klubunu Yılmaz Vural çalışdıra bilər
Türkiyənin "Karşıyaka" klubu Cüneyt Dumlupınarın istefasından sonra yeni baş məşqçi axtarışlarını davam etdirir. Azerisport.az xəbər verir ki, hazırda bu komandanı çalışdırmağa əsas namizəd Yılmaz Vural sayılır.
Hazırda tərəflər arasında danışıqlar davam edir. İstisna deyil ki, İzmir təmsilçisini bundan sonra məhz Vural çalışdırsın.
Qeyd edək ki, Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevin çıxış etdiyi bu klub geridə qalan 6 turda cəmi 5 xal qazanıb və 13-cü pillədə qərarlaşıb.
