29 sentyabr 2015 14:30
Araz Abdullayev: Neftçinin mənsiz də uğurlu çıxış edəcəyinə ümidliyəm
"Neftçi"nin yarımmüdafiəçisi Araz Abdullayev Topaz Premyer Liqasının 6-cı turu çərçivəsində "Qarabağ"la oyunda aldığı zədədən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Ötən gün tibbi müayinədən keçdim. Həkimlər 3-4 həftə oynaya bilməyəcəyimi dedilər. Halbuki, komandama qarşıdakı vacib görüşlərdə kömək etməyi çox istəyirdim. Ümid edirəm ki, "Neftçi" mənsiz də uğurlu nəticələrə imza atacaq. Tezliklə zədəmi sağaltmağa və meydana dönməyə çalışacağam".
