29 sentyabr 2015 13:00
Qarabağın futbolçusu bir oyunluq cəzalandı
AFFA İntizam Komitsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatının 6-cı turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“İnter” - “Kəpəz” matçında “İnter”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
“Qarabağ” - “Neftçi” matçının 73-cü dəqiqəsində “Qarabağ”ın futbolçusu Kamran Həsənzadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 100 manat cərimə olunub.
