29 sentyabr 2015 11:45
Azərbaycan Çexiyaya qarşı
17 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığması bu gün ilk oyununu keçirəcək. Azerisport.az xəbər verir ki, yığmamız Belçikanın Lyej şəhərindəki "Academie Robert Louis-Dreyfus" stadionunda Çexiya komandası ilə qarşılaşacaq.
Oyun Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Baş hakim: Eva Auqustyn (Polşa)
Baş hakimin köməkçiləri: Katarzyna Vasiak (Polşa), Joline Delkrois (Belçika)
Dördüncü hakim: Lois Otte (Belçika)
