28 sentyabr 2015 20:00
Rauf Əliyevi növbəti tibbi müayinə gözləyir
Azərbaycan yığmasının və "İnter"in hücumçusu Rauf Əliyev hələ də zədədən əziyyət çəkir. Azerisport.az xəbər verir ki, Topaz Premyer Liqasının 4-cü turu çərçivəsində "Qəbələ" ilə oyunda sıradan çıxan və əvəzlənmək məcburiyyətində qalan forvardın ən azı daha iki həftə futbol oynamayacağı bildirilir.
Belə ki, iki həftə sonra o, növbəti dəfə tibbi müayinədən keçəcək. Həkimlər onun oynamasına razılıq versə, futbolçu məşqlərə başlayacaq.
