28 sentyabr 2015 17:20
Qəbələ Krasnodara oyundan bir gün öncə gedəcək
"Qəbələ"nin Avropa Liqasının qrup mərhələsi çərçivəsində Rusiya "Krasnodar"ı ilə səfər oyunu üçün planları bəlli olub. Azerisport.az xəbər verir ki, Roman Qriqorçukun çalışdırdığı komanda qonşu ölkəyə oyundan bir gün öncə - sentyabrın 30-da, saat 12:00-da yollanacaq.
"Qəbələ" elə həmin gün matçın keçiriləcəyi "Kuban" stadionunda son məşqə çıxacaq. "Krasnodar" - "Qəbələ" matçı isə oktyabrın 1-dən 2-nə keçən gecə keçiriləcək və saat 00:05-də start götürəcək.
Qeyd edək ki, "Qəbələ" matçın ardından dərhal vətənə dönəcək. Komandamızı gətirəcək təyyarə birbaşa Qəbələyə yollanacaq. Çünki həftəsonu "Qəbələ"ni Topaz Premyer Liqasının 7-ci turu çərçivəsində "Xəzər Lənkəran"la ev oyunu gözləyir.
