28 sentyabr 2015 16:45
Ramaldanov Qəbələyə qarşı oynaya biləcək
"Xəzər Lənkəran"ın müdafiəçisi Rasim Ramaldanov Topaz Premyer Liqasının 6-cı turu çərçivəsində "Zirə"yə qarşı oyunun ikinci hissəsində zədələnərək 75-ci dəqiqədə meydanı tərk etmişdi. Azerisport.az xəbər verir ki, bu gün futbolçu tibbi müayiənədən keçib.
İlkin məlumatlara görə onun zədəsi ciddi deyil. Futbolçu növbəti turda "Qəbələ"yə qarşı oynaya biləcək.
