28 sentyabr 2015 16:00

Mövsümün ilk böyükhesablı nəticəsi

Topaz Premyer Liqasında mövsümün ilk böyükhesablı nəticəsi qeydə alınıb. Azerisport.az xəbər verir ki, 6-cı turun “Rəvan”la səfər qarşılaşmasında 3 cavabsız qol vuran “Qəbələ” mövsümün ilkini gerçəkləşdirib. Belə ki, əvvəlki 5 turun 25 oyununda böyük hesaba təsadüf olunmamışdı.

Ölkə çempionatları tarixində heç vaxt belə nəticə bu qədər gec qeydə alınmamışdı. Əvvəlki 23 mövsümün 19-da 1-ci, 3-də isə 2-ci turda ən azı bir qarşılaşma 3 və daha çox top fərqi ilə başa çatıb. Bir dəfə isə ilk böyük hesab 3-cü turda olub. Cari mövsüm isə belə nəticəyə ən gec təsadüf olunan çempionatdır.

Ümumilikdə isə əvvəlki 23 çempionatda 761 belə hesaba rast gəlinib. “Qəbələ” 19-cu dəfə belə qalib gəlibsə, “Rəvan” 12-ci dəfə 3 və ya daha çox top fərqilə uduzub.

Ölkə çempionatlarında hamıdan çox – 116 böyükhesablı qələbə “Neftçi” əldə edib. “Kəpəz” 91, “Qarabağ” 84 dəfə bunu bacarıb. MOİK isə hamıdan çox - 52 dəfə ağır məğlubiyyət alıbsa, “Şahdağ” (Qusar) 45, “Turan” 44 belə yenilgi alıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.