28 sentyabr 2015 15:30

Premyer Liqamızın ən sülhsevər cütü

Topaz Premyer Liqasının 6-cı turunda heç-heçə edən “Qarabağ”la “Neftçi” ölkə çempionatları tarixində 24-cü dəfə heç-heçə edib. Azerisport.az xəbər verir ki, Azərbaycan birinciliklərində ən çox sülh qeyd alınan cüt 61 dəfə üz-üzə gəlib.

Heç-heçə sayında ikinci “Qarabağ” - “Bakı” cütüdür. Bu rəqiblərin 50 qarşılaşmasından 16-da bərabərlik qeydə alınıb. 3 cütdə isə 15 sülh gerçəkləşib. “Xəzər Lənkəran” “İnter”lə 33, “Neftçi” ilə 34 görüşdən 15-də 1 xal əldə edib. Növbəti turda üz-üzə gələcək “İnter”lə “Qarabağ”ın əvvəlki 43 matçında da eyni sayda heç-heçəyə təsadüf olunub.

“Qarabağ”ın “Neftçi” ilə oyunu həm də Ağdam təmsilçisinin uzun fasilədən sonra ev oyununu Suraxanı qəsəbə stadionunda keçirməsi ilə əlamətdar olub. Əyalət klubu bu arenada son çempionat qarşılaşmasını 1470 gün əvvəl keçirib. 2011/12 mövsümünün I dövrəsində, 2011-ci il sentyabrın 17-də əyalət klubu burada “Xəzər Lənkəran”ı qəbul edib və 0:1 hesabı ilə uduzmuşdu. Bu müddətdə Premyer Liqada 63 ev oyunu keçirən “Qarabağ” rəqiblərini 6 müxtəlif stadionda qəbul edib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.