28 sentyabr 2015 13:30
Neftçinin kapitanı bir ay futbol oynamaya bilər
Topaz Premyer Liqasının 6-cı turu çərçivəsində "Qarabağ"la oyunda zədələnmiş "Neftçi"nin futbolçusu Araz Abdullayev bir müddət yaşıl meydanlardan kənar qala bilər. Azerisport.az xəbər verir ki, onun təxminən bir ay futbol oynamaması gözlənilir.
Onun son durumu bugünkü müayinədən sonra bilinəcək.
