28 sentyabr 2015 13:00

Oleq Kononov Krasnodarın Qəbələ ilə oyunda pik nöqtəsinə çatmasını istəyir

Rusiyanın "Krasnodar" klubunun baş məşqçisi Oleq Kononov Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, öncə bunları söyləyib:

- Bizim zədəli futbolçularımız var. Əsas problemimiz budur. Üstəlik, elə oyunçular var ki, hələ də oyun üslubumuza alışmağa çalışırlar. Təbii ki, gərgin qrafik də təsirini göstərir. Bizdə sabitlik çatışmır. Hazırda hücum xəttindəki oyunumuz alınmır.

- Bəs komandanız nə vaxt pik nöqtəsinə çatacaq?
- İstərdim ki, artıq növbəti oyunda pik nöqtəmizə çataq. Amma bu, öncə sadaladığım məqamlardan - zədəlilərin bərpasından, uyğunlaşmadan asılıdır. Joazinyonun "Terek"lə oyunda meydana çıxaraq oyunumuzu gücləndirməsi sevindirən məqamlardandır. Fikrimcə, o, artıq tam hazırdır və əsas heyətdə çıxış edə bilər. Əhmədov da tezliklə bərpa olacaq. Mümkündür ki, "Qəbələ" ilə oyuna qədər sıraya dönsün. Pereyra isə hələ müalicə alır və dəqiq nə vaxt oynayacağını bilmirik.

- Deməli, zədəlilər sıraya dönəcəyi halda hər şey qaydasına düşəcək?
- Bizim elə futbolçularımız var ki, zədədən sonra əvvəlki formasını tam bərpa edə bilməyib. Görünür, məşq prosesində nəsə çatışmır. Düşünmək lazımdır. Müəyyən məqamlar var ki, məni qane edir. Amma elə məqamlar da var ki, üzərində çalışmağımız lazımdır. Əsas odur ki, öz səhvlərimizi bilirik. Onları aradan qaldırmaq üçün iş gedir. Dortmundda "Borussiya"ya qarşı keyfiyyətli futbol sərgiləmişdik. Qolu da iki yeni futbolçumuz Mamayevlə Smolov yaratdı. Amma hələ bu heyətin birgə daha çox oynaması lazımdır ki, anlaşma səviyyəsi daha yüksək səviyyəyə çatsın. Hər şeyin öz vaxtı var. Vəziyyəti dəyişmək üçün az vaxtımız var. Amma var. Biz də bundan maksimum effektli yararlanmalıyıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.