28 sentyabr 2015 12:45
Asim Xudiyev Beşiktaş - Sportinq oyununda
Azərbaycanlı hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb. Azerisport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 1-də, İstanbul şəhərindəki Atatürk Olimpiya Stadionunda keçiriləcək “Beşiktaş” (Türkiyə) – “Sportinq” (Portuqaliya) oyununun hakim-inspektoru Asim Xudiyev olacaq.
