28 sentyabr 2015 00:35
Qəbələnin rəqibindən əzmkar qələbə
Yunanıstan çempionatında 5-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi - PAOK da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Atromitos"la qarşılaşıb. Matç "Qəbələ"nin rəqibinin 2:1 hesablı əzmkar qələbəsi ilə bitib.
Qeyd edək ki, PAOK 5 turdan sonra 10 xalla 3-cü pillədə qərarlaşıb.
