28 sentyabr 2015 00:25
Qarabağın rəqibi 3 qol vurdu, qələbə qazana bilmədi
Fransa çempionatında 8-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Monako" da növbəti matçına çıxıb.
Knyazlıq təmsilçisi səfərdə "Genqam"la qarşılaşıb. Matç 3:3 hesabı ilə başa çatıb.
Qeyd edək ki, "Monako" 8 turdan sonra 12 xalla 8-ci pillədə qərarlaşıb.
